Milli komanda
Azərbaycandan Moldovaya
Misli Premyer Liqasında çıxış edən 2 legioner ölkəsinin millisinə çağırılıb.
Futbolinfo.az saytı xəbər verir ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi növbəti dəfə Moldova yığmasına dəvət alıb.
Onlar baş məşqçi Sergey Kleşenko tərəfindən qarşıdakı yoldaşlıq görüşünə çağırılan 25 nəfər sırasında yer alıblar. Avramla Marandiçi Kipr və Ukrayna ilə yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.
Qeyd edək ki, Moldova yığması iyunun 8-də Kipr, 11-də isə Ukrayna ilə qarşılaşacaq. Hər iki matç Kişinyovdakı “Zimbru” stadionunda reallaşacaq.
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- Digər idman növləri2024-05-20 20:00
Hidayət Heydərov dünya çempionu oldu
- Ölkə futbolu2024-05-20 14:38
Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov