Dünya futbolu
Ronaldo “tvitter”də liderdi
“Real”ın və Portuqaliya millisinin lideri Kriştianu Ron…
“Real”ın və Portuqaliya millisinin lideri Kriştianu Ronaldo “tvitter”də yeni rekord müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, o, təqibçisi 30 milyonu keçən ilk idmançı kimi tarixə düşüb.
Bu münasibətlə şəxsi səhifəsində "30 milyon. Əladır. Hamıya təşəkkürlər" yazan forvardı 10 milyon az təöqibçi ilə Kaka izləyir. İlk “onluq” belədi:
1. Kriştianu Ronaldo (Portuqaliya, futbol) – 30 milyon
2. Kaka (Braziliya, futbol) – 20,9
3. LeBron Ceyms (ABŞ, basketbol) – 14.9
4. Neymar (Braziliya, futbol) – 14,5
5. Ronaldinyo (Braziliya, futbol) – 10.8
6. Ueyn Runi (İngiltərə, futbol) – 9.97
7. Andres İnyesta (İspaniya, futbol) – 9.61
8. Xerard Pike (İspaniya, futbol) – 9.47
9. Xabi Alonso (İspaniya, futbol) – 8.19
10. Kevin Durant (ABŞ, basketbol) – 8.17