Dünya futbolu
Antonio Konte millimizlə keçirəcəkləri oyundan danışdı
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Anton…
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəkləri Azərbaycan və Malta matçı ilə bağlı fkirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki,təcrübəli mütəxəssis həmin oyunlarda qalib gəlmək istədiklərini deyib:
"Görüləsi çox işimiz var. Qarşıda Azərbaycan və Malta ilə oyunlarımız var. Hesab edirəm ki, Avropa çempionatının qalibi olub-olmayacağımızla bağlı düşünməkdən əvvəl seçmə mərhələ oyunlarına köklənməliyik. Çalışıb, qarşıdakı oyunlarda qalib gəlməliyik. Vacib məsələ odu ki, dünya çempionatındakı uğursuzluşu unutdurub, yeni ab-hava gətirməliyik".
Qeyd edək ki, H qrupunda yer alan millimizin rəqibi Malta, İtaliya, Norveç, Bolqarıstan və Xorvatiyadı.