Bizi izləyin

Müsahibə

Rəşad Sadıqov: “Bir az danışıqlarına fikir versinlər”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun futbolinfo.az s…

blank
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun futbolinfo.az saytına müsahibəsi
 
– Komandada ab-hava necədi?
– Normaldı. “Neftçi” ilə oyuna hazırlaşırıq. Bu komanda ilə oyunlarımız hər zaman gərgin və maraqlı keçir. “Neftçi” çox güclü komandadı. Bizi maraqlı oyun gözləyir. Bir-iki itkimiz var. Digər futbolçular da hazırlıqlarını davam etdirir.
 
– Milan “İnter”i ilə oyun öncəsində “Neftçi” kimi komanda ilə qarşılaşmaq sizə çətinilik yaratmayacaq ki?
– Xeyr. Belə fikirləşmirəm. Çempionat oyunu öz yerində, Avropa Liqasının matçı öz yerində. “İnter”lə oyunu hələ fikirləşmirik. “Neftçi” ilə qarşılaşma bizim üçün daha önəmlidi. Bu oyun bitdikdən sonra “İnter”lə keçiriləcək qarşılaşma haqda danışmaq olar.
 
– Məlum məsələdi ki, Qurban Qurbanov “İnter”lə oyun öncəsində futbolçularına ehtiyatlı olmağı tapşıracaq. “Neftçi”nin baş məşqçisi Arif Əsədov da müdafiə futboluna üstünlük verir. Bütün bu amillər keçiriləcək Azərbaycan derbisinin heç-heçə bitəcəyinə işarə vermir?
– “Neftçi”ni bilmirəm, amma fikirləşirəm ki, heç-heçə bizim üçün pis nəticə olmazdı. Səfərdə “Neftçi” kimi komanda ilə heç-heçə yaxşı nəticə olardı. Bu komandaya qarşı səfər oyununda birbaşa 3 xalımdüşünmək də yalnış fikirdi. Çünki səfərdə bu komandadan 3 xal almaq çox çətin məsələdi. Fikirləşirəm ki, hər iki komanda oyuna ehtiyatlı başlayacaq. Oyunun gedişatında açıq futbola da üstünlük verilə bilər.
 
– “Qarabağ”ı transfer etmədiklərinə görə qınayanlar da var idi. Hətta gənc futbolçuların da komandaya cəlb olunması etirazlara səbəb olurdu. Amma zaman keçdikcə baş məşqçi gənc futbolçularla da uğur qazanmağı isbatladı. Necə düşünürsüz, “Neftçi” ilə qarşılaşmada da “Simurq”la oyunda olduğu kimi gənc futbolçular uğur qazana biləcək?
– Ümumiyyətlə, bizim komandada gənc, yaşlı, yerli, legioner futbolçu söhbəti yoxdu. Qurban Qurbanov da göstərib ki, bütün futbolçulara eyni gözlə baxır. Hər kəsə də şans verir. Bəzən də gənclərə daha çox şans verir. Hamıya eyni gözlə baxıldığı üçün hər bir oyunda bütün futbolçuların oynamaq şansı var. Kim məşqdə özünü yaxşı tərəfdən göstərirsə, o da formanı qazanır. Hansı oyunda meydana 11 nəfər çıxırsa, deməli, bizim əsas heyətimiz odu. “Simurq”la oyunda da uşaqlar çox yaxşı oynadı. Halbuki, biz əsas aparıcı futbolçularla “Simurq”la 4 oyunda qol vura bilməmişdik. Gənclər isə inamlı oyunu ilə seçildi. Vaxtilə Bədavi Hüseynovu da “Qarabağ”a transfer edəndə Qurban Qurbanovu qınayanlar çox oldu. Reynaldonu gətirəndə də qınayanlar var idi. Bu tip olaylara artıq biz alışmışıq. Biz öz işimizə baxırıq. Baş məşqçi kimisə komandaya gətirəndə onun potensialına baxır. Amma bu o demək deyil ki, hər transfer edilən futbolçu yaxşı təsir bağışlayacaq. Uğursuz futbolçular da olur. Belə baxanda ən çox transfer edən də biz olduq. 4 çox yaxşı gənc futbolçu ilə yanaşı, bir legioner də heyətimizə qatdıq. Öz futbolçularımıza qiymət vermək lazımdı. Transfer o demək deyil ki, hansısa bir çempionatda çıxış edən futbolçunu gətirməlisən. Elə futbolçular transfer etdik ki, həmin oyunçuları komandalarından almaq çox çətin idi. Qismət elə gətirdi, bunu bacardıq. Fikirləşirəm ki, Azəbaycan futboluna faydalı olacaq.
 
– Yəqin ki, siz də fikir vermisiz, əksər komandalarda birdən-birə gənc futbolçulara üstünlük verəndə uğur qazanmaq çətin olur. Amma bu, “Qarabağ”da tamam fərqlidi. Bunun sirri nədədi?
– Bizdə belə bir üstünlük yoxdu. Sadəcə, qismətimizə yaxşı futbolçular düşüb. 4 yaxşı gənc futbolçu qazandıq. Bəlkə də ikisini transfer etsəydik, sevinərdik. Amma iş elə gətirdi ki, dördünü də transfer edə bildik. Bu da bizim üçün qazanc oldu. Başqa komandalarda da yaxşı gənclər var. Onları da qiymətləndirirəm. Bizdə başqa ab-hava var. Komandaya yeni gələn oyunçuya onun gənc, yeni olduğunu hiss etdirmirik.  Futbolçu da o qayğını hiss edir. Bu da komandaya uyğunlaşmağa kömək edir.
 
– Avropa Liqasının oyunlarına görə həm sizin, həm də “Neftçi”nin 1 çempionat oyunu təxirə salındı. Nə yaxşı bu dəfə belə bir addım atmadız?
– Təxirə salınmağa görə biz tənqid olunduq. Biz cəmi bir oyun təxirə salmışıq, oyunlar təxirə salmamışıq. Yeri gəlsə, ötən il heç bir dənə də olsun oyunumuzu təxirə salmadıq. Sadəcə, bu dəfə bir az zədələrimiz oldu. İlqar, Maksim, Çumbinyo zədələndi. Hamı da gördü ki, oyunumuzun təxirə salınmasına görə səfərdə “Tvente” qarşısında daha inamlı, daha qüvvətli çıxış etdik və qrupa vəsiqə qazandıq. Hamı da belə bir addımın atılmasına görə sevinməli idi. Özü də kritik oyun idi. İki-üç oyun təxirə salınsaydı, başqa məsələ. Amma burada belə böyük bir qəbahət yox idi. Bundan sonra inanmıram ki, “Qarabağ” hansısa bir oyunu təxirə salsın. Həmin vaxt buna çox ehtiyacımız var idi. Zədələrimiz olduğu üçün, hər iki tərəf təxirə salınmanı xahiş etdi. Ən əsası da odu ki, bunun nəticəsini gördük.
 
– Ümumiyyətlə, iki cəbhədə mübarizə aparmaq çətinlik yaradır?
– Çox çətinlik yaradır. Düzü, belə qrafikə alışmamışıq. Çoxları da danışanda deyir ki, Avropa da 3 gündən bir oynayırlar. Heç kim 3 gündən bir normal futbol nümayiş etdirmir. Kimsə futbol adamıdısa, diqqətlə baxsın. Hər həftə sonu avrokuboklarda çıxış edən komandalar məğlub olurlar. Heyətlərində zədəli futbolçular olur. Məşqçiləri fiziki baxımdan yaxşı hazırlaşa bilmədiklərindən şikayət edir. Hamı problem yaşayır. Çox nadir hallarda fərqli olur. Götürək, “Barselona”nın özünü. Bazar günü oynadı, 3 gün sonra istədiyi futbolu sərgiləyə bilmədi. Sadəcə, insanlar gözlərini açıb baxsınlar, görsünlər ki, ətrafda insanlar necə oynayır. Dortmund "Borussiya"sı ÇL-də qalib gəlir, daha sonra ölkə çempionatında məğlub olur. Çünki 3 gündən bir oynamaq ağırdı. Bəli, sən də oynasan, rəqiblərin də oynasa başqa məsələ. Amma sən oynadın, rəqibin oynamadısa, o səndən üstündü. İstər-istəməz 50-60-cı dəqiqələrdən sonra üstünlüyü itirirsən. Sən bir az geri qalacaqsan. Deyirlər ki, bizim futbolçular belə oynamağa öyrəşməyib. Bizim futbolçulara nə olub? Halbuki, beynəlxalq oyunlarda bizimkilər rəqibdən bəlkə də çox qaçırlar. İllər boyudu bizim futbol ictimaiyyətində eyni söhbətləri edirlər. “Sent-Etyen”in məşqçisi deyir ki, 3 gündən bir oynamaq çox ağırdı. Yəni, bundan hamı şikayət edir. Amma bizim hər şeyimizi qabardıb, ortaya gətirirlər, bu da adama birtəhər gəlir. Bir dünyaya gözünüzü açıb, baxın da.
 
– Bəs iki cəbhədə mübarizə aparmağın üstünlükləri nədi?
– Üstünlüyü yoxdu, ancaq çətinlikləri var. 3 gündən bir oynamaq çətindi. Avroliqa oyunudu, çoxlu güc sərf edirsən. Yaxşı atmosfer, 30 min azarkeş, əla ot örtüyü. 3 gündən sonra gəlirsən, suni ot örtüyü üstündə oyun, tribunalar da boş. Çox ağırdı oynamaq. Bu etap bizim üçün ağır olacaq. Ona görə də qrupa düşəndə demişdim ki, iki cəbhədə mübarizə aparmaq bizim üçün çətin olacaq. Əsas odu ki, qışa qədər vacib rəqiblərimizdən çox geri qalmayaq. Xal itkilərimiz olacaq deyə, bunu gözə almışıq.
 
– Həm də şərəflidi…
– Əlbəttə, bunu heç nəyə dəyişmək olmaz. Avropada “Qarabağ”ın adının hallanması bizim üçün böyük şərəfdi, qürurdu.
 
– “Sent-Etyen”lə oyunda stadionda böyük bir dövlət bayrağımız açıldı. Bu sizdə necə təəssürat oyatdı?
– Müdhiş, müdhiş! İsinmə hərəkətlərini necə etdiyimi heç özüm də bilmirəm. Bütün fikirim bayraqdı idi. Elə ləzzət etmişdi ki! O boyda bayrağın azarkeşlər tərəfindən sağdan sola, soldan sağa gəzdirilməsi möhtəşəm idi. Oyunda da fikrim bayraqda qalırdı. Həmin gün istər televiziya qarşısında matçı izləyənlər, istərsə də tribuanada olan azarkeşlər bayrağın stadionda dalğalanmasına görə çox sevincli olublar. Hamı həmin gün həm tribunada olanlarla, həm də meydandakı oyunla fəxr etdilər.
 
– Yəqin ki, siz də qəbul edərsiz ki, “Sent-Etyenn”i məğlub etmək çətin deyildi. Hətta qol və qollar vurmaq şansınız da oldu. Bir epizodda Reynaldo simiclik etməsəydi, 3 xalı ativinizə yazdıra bilərdiz. Həmin epizodla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Hərdən mütəxəssislərin açıqlamalarını oxuyanda mənə gülməli gəlir. Biz nə vaxt zəif oynayırıq, qınanırıq. Üstün futbol nümayiş etdiririk, deyirlər ki, rəqib zəif idi. Biz nə etməliyik ki, bizim bəzi mütəxəssislərimiz düz-əməlli açıqlamar versin. Mən baş aça bilmirəm. O danışan insanlar mənə deyə bilər ki, “Sent-Etyenn”in əsas heyətindən kimlər oynamırdı? Rəqibi belə çox güclü tanıyırdılar ki? Əsas heyətdə sağ və sol müdafiəçilər oynamırdı. 7 nömrə də zədəli idi, neçə oyun idi ki, oynamırdı. Sağaldı, bizə qarşı oynadı. 22 nömrə əsas heyətin oyunçusu idi. Elə açıqlamalar verirlər ki, adama qəribə gəlir. Belə açıqlama verəndə nə olur? “Qarabağ”ın yaxşı oyununa kölgə salmaq istəyirlər. Bir az danışıqlarına fikir versinlər. Onsuz da bizim uğurlarımız az olur. Olanda da heç olmasa, buna hörmətlə yanaşmaq lazımdı. Biz yaxşı oynayanda deyirlər ki, rəqib nə gündədi, bu nə komandadı. Niyə belə etdiklərini başa düşə bilmirəm. Reynaldoya gəldikdə isə, çox gözəl driblinq etmişdi. Həmin epizodun təkrarına baxmışam. Sadəcə, həmin epizodda Reynaldonun fikirləşməyə vaxtı yox idi. Çünki ani şəkildə balaca bir yerdə müdafiəçiləri keçir və zərbə endirir. Bəlkə də bir balaca fikirləşməyə vaxtı olsaydı, pas ötürərdi. 
 
– İş burasındadı ki, “Sent-Etyenn”in baş məşqçisi Kristof Qaltye heç-heçəni bayram etdi. Hətta bunu öz açıqlamasında da bildirdi…
– Bu, bizim üçün yaxşı haldı. Əgər rəqibin baş məşqçisi stadiondan çəkinərək gedirsə, bizim üçün qürurlandırıcı haldı. Nə deyə bilərəm? Onlar da çox yaxşı müdafiə olundular. Bizi əks-hücumlarda tutmaq istəyirdilər. Artıq 10-cu dəqiqədə onların niyyətini başa düşmüşdük. Çalışırdıq ki, oyunun sürətini artıraraq, rəqibin müdafiəsində boşluqlar yaradaq. Bir-iki epizodumuz oldu, amma alınmadı. Bu, futboldu. Elə oyunlar olub ki, zəif çıxış etmişik, rəqibin qol imkanları olub, amma istifadə edə bilməyib. Amma biz əlimizə düşən fürsətdən istifadə edib, qələbə qazanmışıq. Belə şeylər olur.
 
– Son günlərdə Reynaldonun millidə oynaması gündəmi zəbt edib. Bir kapitan kimi Reynaldonun yoxsa, Namiq Ələsgərovun millidə oynamasını istərdiz?
– Bu, ayrı-ayrı suallardı. Əlbəttə Namiqin də, Cavidin də, Ağabalanın da, Məqsədin də oynamısını istəyirik. Onsuz da onlar oynayacaq. Nəsil dəyişdikcə, onlar oynayacaq. Amma ictimaiyyətdə belə bir məsələ qalxdı ki, Reynaldonun milliləşdirilməsi yığmaya xeyir verərmi ki? Göründü ki, buna maraq da oldu. Amma FİFA-nın qaydaları var, hər şey nəzərə alınır. Fikirləşirəm ki, imkan olsa, Reynaldonu milliləşdirəcəklər. Yığmaya faydası da olacaq. Amma qaydalar imkan verməsə, bu, çətin olacaq. Yaxşı yerli futbolçularımız da var. Səfər oyunlarında əks-hücumlara çıxanda Reynaldonun bizə faydası dəyə bilər. Onunla maraqlanıldı, görüşlər oldu.
 
– Qaydalara görə sizinlə razıyam. İş burasındadı ki, bu vaxta qədər əsli-kökü azərbaycanlı olmayanlar da millidə çıxış edib, onlara Azərbaycan pasportu verilib. Sadəcə, belə bir fikir formalaşıb ki, bunu “Qarabağ”a kömək etməmək məqsədi ilə istəmirlər. Çünki, Reynaldonun milliləşdirilməsi həm də sizə yerli futbolçu qazandıracaq…
– Yox, yox, yox… Mən buna inanmıram. Əgər elə bir söhbət olsaydı, bu məsələ heç gündəmə də gəlməzdi. Heç Reynaldo görüşə də çağırılmazdı. Əgər bu söhbətlər olubsa, deməli, hamının marağı var. Mən də əvvəldən fikirləşirdim ki, bu, asan olmayacaq. Çünki Reynaldo cəmi iki ildi ki, Azərbaycandadı. Futbolu göz qarşısındadı, diqqət mərkəzindədi. İmkan varsa, olunacaq.
 
– “Dnepr” – “İnter” matçını izlədiz?
– Axır 10-15 dəqiqəsinə baxmağa imkanım oldu.
 
– Rəqiblər necə təsir bağışladı, onları məğlub etmək, xal almaq olar?
– İkisi də çox güclü komandadı. “Dnepr”də öz çempionatında 5-5 vura-vura gedir. Heyətləri də güclüdü. Futbolçuları yığmanın əsasını təşkil edir. “İnter” də rəqib 10 nəfər qaldıqdan sonra qolu vurdu. “İnter”dən isə danışmağa dəyməz. Zatən çox güclü komandadı. Neçə illərdi ki, uğursuz çıxış etsə də, bəzi transferlədən sonra inamlı oyun sərgiləyirlər, toparlana biliblər. İki ağır səfər oyunu gözləyir bizi. Xal qazanmaq asan olmasa da, əlimizdən gələni edəcəyik.
 
– Kristof Qaltye “Qarabağ”ı qrupun favoritlərindən biri hesab edirdi. Bu, nə dərəcədə realdı?
– Mən “Qarabağ”ın qrupda favorit olduğunu düşünmürəm. Bizim üçün əsas məqsəd, qrupda layiqli çıxış etməkdi. Çünki ciddi qrupa düşmüşük. Heç olmasa rəqiblərdən biri ortabab olsaydı, bəlkə də nəyəsə ümid etmək olardı. Birdən-birə 3 çətin rəqibin düşməsi və hər üçünün də öz çempionatlarında yaxşı çıxış etməsi, işimizi çətinləşdirir. Mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik. Reallıq odu ki, qrupda xal yığmaq çox çətin olacaq.
 
– Bizdən fərqli olaraq Avropada çıxış edən klublar Avroliqaya elə də ciddi yanaşmırlar. Bunu açıqlamalarında da qeyd edirlər. Bu amil sizin işinizə yaraya bilər?
– Ola bilər. Misal üçün “Barselona”, PSJ, Madrid “Real”ı Avroliqaya qeyri-ciddi yanaşır. Amma “Dnepr”lə “Sent-Etyen”in Avroliqaya ciddi yanaşmadığını demək səhv fikirdi. Hamısı ciddi yanaşır, uğur qazanmaq istəyir.
 
– Bu marafonda Çumbinyo və Diasın olmaması işinizi yenə çətinə salacaq?
– Çumbinyonun yoxluğu çox böyük itki olacaq. Bəlkə də, mən deyərdim ki, özüm oynamayım, amma Çumbinyo meydanda olsun. Komandamız üçün önəmli futbolçudu. Futbolda bu zədələr qaçılmazdı. Fikirəşirəm ki, əməliyyatdan uğurlu qayıdıb, tez bir zamanda toparlana biləcək. Diasın də zədəsi bir aylıqdı. Son oyunlarda da zədəsi ona əziyyət verirdi. Belə məsləhət oldu ki, əməliyyat olsun və öz oyununu tam nümayiş etdirə bilsin. Bizdə Diası əvəz edə biləcək futbolçular var. Misal üçün Cavid və Muarem. Amma Çumbinyonu əvəz edəcək futbolçumuz yoxdu.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-22 11:45

Aygün Kazımova oxuyacaq, kubokun sahibi müəyyənləşəcək

blank
Ölkə futbolu2024-05-22 11:39

Final oyununun biletləri satışa çıxarılır

blank
Digər idman növləri2024-05-22 11:28

“Seltiks” seriyaya qələbə ilə başladı

blank
I Liqa2024-05-22 11:11

Bu gün I Liqanın qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-05-22 10:51

Avrokuboklarda ilk qalib Dublində müəyyənləşir

blank
Ölkə futbolu2024-05-22 10:32

“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı

blank
Layihə2024-05-22 10:15

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Dünya futbolu2024-05-22 09:58

“Milan”dan ayrılacağını açıqladı

blank
Milli komanda2024-05-22 09:41

Rəqibimiz məşqçisini dəyişməyəcək

blank
Digər idman növləri2024-05-22 09:24

Amerikalı məşqçilər Göygöldə “Qız kimi güləş” deyir

blank
Milli komanda2024-05-22 09:07

Millimiz İsveçlə Respublika stadionunda oynayacaq

blank
Digər idman növləri2024-05-22 08:50

Sabah Azərbaycan kubokuna start veriləcək

blank
Milli komanda2024-05-22 08:32

Türkiyədə fransızlar, Bakıda danimarkalılar

blank
Milli komanda2024-05-22 08:15

Azərbaycandan Moldovaya

blank
Müsahibə2024-05-22 08:00

Sergey Zenyov: “Hər şey rəhbərliyin “Qəbələ”nin qayıdışını nə qədər istəməsindən asılı olacaq”

blank
Ölkə futbolu2024-05-22 00:30

II Liqanın mükafatçıları medallarına qovuşdular – VİDEO

blank
Digər idman növləri2024-05-21 23:59

AÇ-də medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər

blank
Dünya futbolu2024-05-21 23:44

Paytaxt klubunda gözlənilməz ayrılıq

blank
Digər idman növləri2024-05-21 23:29

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

blank
Digər idman növləri2024-05-21 23:00

Daha iki güləşçimiz AÇ-nin finalında

blank
Digər idman növləri2024-05-21 22:00

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar

blank
AÇ-20242024-05-21 21:41

İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-21 21:19

II Liqanın bombardiri təltif edildi

blank
Ölkə futbolu2024-05-21 20:58

Azərbaycan yığmasının üzvləri fəxri adla mükafatlandırılıblar

blank
Digər idman növləri2024-05-21 20:37

“Sağlam bədəndə sağlam ruh” devizi altında

blank
Milli komanda2024-05-21 20:19

Millimizə can atırdı, “Hamburq”la anlaşdı

blank
Ölkə futbolu2024-05-21 20:00

II Liqada mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-21 19:33

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

blank
Ölkə futbolu2024-05-21 19:00

“Mundialın Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”

blank
Ölkə futbolu2024-05-21 18:35

“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm