Premyer-liqa
İbrahim Uzunca: "Tam üstün oynadıq"
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Pre…
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“1 həftədi ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq. Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.