Ölkə futbolu
"Qarabağ"ın daha bir legioneri milliyə çağırıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivə…
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Danimarka və Serbiya ilə qarşılaşacaq Albaniya millisinin heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, 27 nəfərlik futbolçu siyahısında "Qarabağ"ın sol cinah müdafiəçisi Ansi Aqolli də var.
Albaniya millisi oktyabrın 11-də Danimarka, 14-də isə Serbiya yığması ilə üz-üzə gələcək. Əgər komandanın italiyalı baş məşqçisi Canni De Biasi şans verərsə, Aqolli həmin oyunlarda meydana çıxa biləcək.

Qeyd edək ki, "Qarabağ"ın daha bir legioneri, yarımmüdafiəçi Muarem Muarem də bir neçə gün öncə Makedoniya millisinə çağırılıb.