Dünya futbolu
Vidal: “MY-ə keçmədim, çünki…”
İtaliya"Yuventus"unun yarımmüdafiəçisi Arturo…
İtaliya"Yuventus"unun yarımmüdafiəçisi Arturo Vidal "Mançester Yunayted"ə baş tutmayan transferi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, çilili futbolçu yayda zəiflədiyi üçün belə olduğunu deyib:
“Diqqətimi dizimdəki zədəmin bərpasına yönəltmişdim. Menecerimlə anlaşmam var. Əgər hansısa konkret variant olsa, o, mənə bu barədə xəbər verir. Ancaq yayda heç bir şey haqda danışmayıb. Yayda nə baş verdiyini dəqiq bilmirəm, amma nə isə ciddi və önəmli şeylərin olduğundan şübhələnirəm. Digər hallarda məni xəbərdar edərdilər. "Mançester Yunayted"dən dəyərli təklif alsaydım, nə edərdim? Bilmirəm, ancaq onu deyə bilərəm ki, Turində hər şeydən razıyam. Hər şey məni qane edir. Həyat yoldaşım Turini sevir. Ailəmin xoşbəxtliyi puldan daha önəmlidi. “Yuventus"da hər şeydən razıyam. Bura evimdi. Həmişə evi tərk etmək ağırdı, düz demirəm?!"