Dünya futbolu
Məhkəmədən Messiyə rədd cavabı
“Barselona”nın ulduzu Lionel Messi vergidən yayınmaq it…
“Barselona”nın ulduzu Lionel Messi vergidən yayınmaq ittihamı ilə İspaniya məhkəməsi qarşısında cavab verməli olacaq. Futbolinfo.az xəbər verir ki, məhkəmə futbolçunun apellyasiya tələbini geri çevirib.
AS-ın xəbərinə görə, Barselona prokuroru Rakel Amado Messi və atası Jorje Horasio Messinin 4 milyon avrodan artıq gəlir vergisindən yayınmaları barədə məhkəmə işi başlatmışdı.
Argentinalının 5 milyon avro təzminat məbləği ödəməsinə baxmayaraq, prosesin hələ də davam etməsi səbəbindən Leo etiraz etmişdi. Apellyasiya tələbi artıq rədd edilib və Messilə atası hakim qarşısına çıxacaq.