Ölkə futbolu
“Xəzər Lənkəran”da üç şad xəbər
Milli komandamızın AÇ-2016 seçmə mərhələsindəki r…
Milli komandamızın AÇ-2016 seçmə mərhələsindəki rəsmi matçları ilə əlaqədar ölkə çempionatında verilən fasilə müddətində “Xəzər Lənkəran” hazırlığa start verib. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda dünəndən başlayaraq Lənkərandakı bazasında məşqlərini davam etdirir.
Gündə iki dəfə olmaqla keçirilən məşqlərdə futbolçular gündüz fiziki, axşam çalışmalarında isə taktiki planda məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirir. Zədəli futbolçulardan Alfred Sanko və Əfran İsmayılov fərdi qaydada məşq prosesinə qoşulsa da, qapıçı Orxan Sadıqlı artıq komanda ilə birgə hazırlıqda iştirak edir.
Xatırladaq ki, hazırda əsas milli komandamızın Almaniyada keçirilən toplanışında “Xəzər Lənkəran”ın 4 futbolçusu – Rahid Əmirquliyev, Rasim Ramaldanov, Rauf Əliyev və ilk dəfə əsas milli komandamıza çağrılan Ağabala Ramazanov iştirak edir. (klub saytı)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…