Dünya futbolu
Almeyda özünə klub tapdı
Son 3 mövsümü “Beşiktaş”da keçirə…
Son 3 mövsümü “Beşiktaş”da keçirən Portuqaliya millisinin futbolçusu Uqo Almeyda karyerasını İtaliyada davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu "Çezena"ya keçmək üzrədi.
Portuqaliyalı bu gün tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya yola düşəcək. Tərəflər sazişin bütün detallarını razılaşdırıblar. Ən qısa müddət ərzində keçid rəsmən elan olunacaq.
Xatırladaq ki, Almeydanın "Beşiktaş"la müqaviləsi bu yay başa çatmışdı. Yeni sözləşmə təklifini qəbul etməyən oyunçu iyuldan bəri azad agent statusunda idi.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov