Dünya futbolu
"Qarabağ"la oyun bizim üçün həlledici olmayacaq"
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rə…
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukrayna "Dnepr"inin təcrübəli futbolçusu Ruslan Rotan yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Avroliqadakı şanslarını dəyərləndirən 32 yaşlı yarımmüdafiəçi "Qarabağ" matçının onlar üçün həlledici olmadığını deyib:
"Düşünürəm ki, "Qarabağ"la oyun bizim üçün həlledici olmayacaq. Məncə, "Dnepr" üçün həlledici görüş Fransa "Sent-Etiyen"inə qarşı olacaq. Artıq "İnter" qrupda birinci pillədədi və yerini möhkəmləndirib. Biz isə 2-ci yer uğurunda vuruşacağıq. Zədəli futbolçularımızın çox olması səbəbindən komandamız sabit oyun göstərə bilmir. Çətinliklər var. Amma düşünürəm ki, bunun da öhdəsindən gələcəyik".
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" qrupdakı növbəti matçında "Dnepr"lə qarşılaşacaq. Bu görüş oktyabrın 23-də Ukraynanın Kiyev şəhərində baş tutacaq.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov