Dünya futbolu
PSJ “Liverpul”un oyunçusuna ikiqat maaş təklif edir
"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq P…
"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq PSJ-nin maraq dairəsinə düşüb. Fransa klubu hücumçuya həftəlik 100 min funt təklif edir. Futbolinfo.az xəbər verir ki, mersisaydlılar isə ingilis futbolçunun həftəlik məvacibini 20 min funtdan 43 minə qaldırmaq şərtilə onunla müqavilə yeniləmək istəyirlər.
Paris klubu Sterlinq razılıq verəcəyi təqdirdə, yanvarda keçidir reallaşdırmağa hazırdı.
Sterlinq cari mövsüm Premyer Liqada oynadığı 7 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.