Milli komanda
Penev yığmamıza şans tanımadı
Futbol üzrə Boqlarıstan yığmasının baş məşqçisi L…
Futbol üzrə Boqlarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev AÇ-2016-nın seçmə mərhələsindəki şansları ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəsis yer aldıqları H qrupunun çox çətin qrup olduğunu deyib.
O, Xorvatiya, İtaliya, Bolqarıstan və Norveç millilərinin qrupdan çıxmaq üçün eyni səviyyədə mübarizə apardığını deyərək, Azərbayacan və Maltaya şans tanımayıb: "Məni başqa məsələlər maraqlandırmır. Fikirimi ancaq qələbəyə kökləmişəm. Hesab edirəm ki, yer aldığımız H qrupu digər qruplar içərisindəki ən çətinidi. Buradakı 4 komanda – Xorvatiya, İtaliya, Bolqarıstan və Norveç qrupdan çıxmaq üçün eyni səviyyədə mübarizə aparır. Ümid edirəm ki, Bolqarıstan millisi də bu komandalar arasında olar. Xarakter göstərib, qrupdan çıxmaq üçün lazımı xallar toplamalıyıq".
Qeyd edək ki, Bolqarıstan qrupdakı ilk matçında millimizi Bakıda 2:1 hesabla məğlub edib.