Dünya futbolu
Kuyt Hollandiyaya dönür
"Fənərbağça"nın forvardı Dirk Kuyt yenidən Holl…
"Fənərbağça"nın forvardı Dirk Kuyt yenidən Hollandiyaya qayıda bilər. Futbolinfo.az xəbər verir ki, onun kareyarsını sabiq komandası "Feyenoord"da davam etdirmək ehtimalı yaranıb. Sözügedən klub Dirklə yaxından maraqlanır.
Kuytun İstanbul klubuyla olan müqaviləsinin müddəti mövsümün sonunda bitir və ona yeni sözləşmə təklif olunmayıb. Hollandiyalı futbolçu məsələyə münasibət bildirib: "Feyenoord" mənim üçün doğma klubdu. Eyni zamanda "Fənərbaxça"ya hörmət edirəm. Bu səbəbdən də artıq bir şey deməyəcəm".