Dünya futbolu
Valdes “Liverpul”da tibbi müyinədən keçəcək
"Liverpul" bu yay "Barselona"dan ayrılan və həl…
"Liverpul" bu yay "Barselona"dan ayrılan və hələ də klubsuz qalan qolkiper Viktor Valdeslə müqavilə bağlamağa yaxındı. Futbolinfo.az xəbər verir ki, tərəflər arasında danışıqlar gedir.
Digər klubların da ispan qapıçıyla maraqlanmasına baxmayaraq, "qırmızılar"ın şansları daha yüksək qiymətləndirilir. Yaxın iki həftə ərzində Valdesin "Liverpul"da tibbi müayinədən keçəcəyi gözlənilir.
32 yaşlı qolkiper martdan bəri dizinin xaçşəkilli bağlarındakı zədədən əziyyət çəkir. Əgər Valdes, "mersisaydlılar"a tam sağaldığını sübut edə bilsə, onunla müqavilə imzalanacaq.