Ölkə futbolu
"Qarabağ"ın rəqibi baş məşqçisiz qala bilər
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rə…
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Milan "İnter"i baş məşqçisiz qala bilər. Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik komandanın hazırkı çalışdırıcısı Valter Matsarrini qovmaq üzrədi.
Mənbədə qeyd olunur ki, İtaliya A Seriyasındakı ard-arda gələn böyükhesablı məğlubiyyətlər klub rəhbərliyini təngə gətirib. Baş məşqçinin taleyi növbəti turdakı "Napoli" matçına bağlıdı. Əgər komanda bu oyunda da məğlub olsa, 53 yaşlı mütəxəssis dərhal qovulacaq.
Məlumatlara görə, artıq onu əvəzləyəcək baş məşqçinin adı da məlumdu. Matsarri qovularsa, milanlılar bu posta hazırda "Əl-Cəzirə" komandasını çalışdıran klubun sabiq futbolçusu Valter Zenqanı gətirəcək.
Qeyd edək ki, ötən tur "Fiorentina"ya böyük hesabla (0:3) məğlub olan "İnter" ondan əvvəlki həftədə də "Kalyari" qarşısında darmadağın (1:4) olmuşdu.