Dünya futbolu
“Bavariya” Məsutu almaq istəyib
"Bavariya"nın ötən yay “transfer pəəncərəsi…
"Bavariya"nın ötən yay “transfer pəəncərəsi”ndə "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özili heyətinə qatmaq istədiyi ortaya çıxıb. Futbolinfo.az xəbər verir ki, bu haqda "El Confidencial" iddia yayıb.
Belə ki, türk əsilli alman xavbek Xosep Qvardiolanın planlarında yer alırmış. Lakin Münhenlilərin təklifi "topçular" tərəfindən rədd edilib.
"Real"dan 42,5 milyon funt sterlinq müqabilində alınan Özil üçün "Bavariya"nın daha aşağı bir məbləğ təklif etdiyi bildirilir.
Özil ötən il “Real”dan “Arsenal”a keçmişdi.