Dünya futbolu
Domaqoy Vida: "Onlar Azərbaycandan sonra bizi də məyus etmək istəyirlər"
Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsin…
Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida Bolqarıstanla oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan 25 yaşlı müdafiəçi Sofiya şəhərində keçiriləcək matça qələbə üçün çıxacaqlarını deyib:
"Bolqarıstan qarşısında bizi ağır oyun gözləyir. Düzdü, Bolqarıstanın Modriç, Mandzukiç, Rakitiç kimi güclü oyunçuları yoxdu, amma yaxşı komandadılar. Düşünürəm ki, Xorvatiya millisi yaxşı komandadı. Bizim yüksək səviyyəli oyunçularımız var və hazırda hamımız yaxşı formadayıq. Eşitdiyimə görə onlar Azərbaycan millisi üzərində qələbədən sonra bizi də məyus etmək istəyirlər. Səfərdə oynamaq çox çətin olacaq. Əminəm ki, rəqib azarkeşlər Sofiyadakı matçı cəhənnəmə çevirəcəklər. Amma biz ancaq öz oyunumuza köklənib, ancaq qələbə haqda fikirləşəcəyik".
Qeyd edək ki, Bolqarıstan qrupdakı ilk matçında Azərbaycan millisinin Bakıda 2:1 hesabla məğlub edib.