Ölkə futbolu
AFFA "Bakı"nı cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının 1-ci turunun təxirə salınmış görüşü – “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında da 1-ci turdan təxirə salınmış “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Bu oyunun 78-ci dəqiqəsində “Bakı”nın futbolçusu Ülvi Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.