Dünya futbolu
İbrahimoviç Rusiya ilə matçda oynayacaq?
PSJ-nin və İsveç millisinin futbolçusu Zlatan İbrahim…
PSJ-nin və İsveç millisinin futbolçusu Zlatan İbrahimoviçin son durumu haqda məlumat verilib. Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçunu müayinə edən milli komandanın həkimi Leif Svard deyib ki, İbrahimoviçin zədəsi anlaşılmazdı:
"İbhrahimoviç tibbi müayinədən keçdi. İltibahla bağlı ciddi bir şey yoxdur. Ancaq İbrahimoviç ağrı hiss edir".
Qeyd edək ki, İbrahimoviçin AÇ-2016-nın seçmə mərhələsində Rusiya ilə matçda iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib.
Yeri gəlmişkən, Rusiya millisinin baş məşqçisi Fabio Kapello İbrahimoviç haqda danışıb. Mütəxəssis rəqibin hücumçusu Zlatan İbrahimoviç üçün sürpriz hazırlayacağını bildirib:
"İbrahimoviç dünyanın ən yaxşı və texnikalı futbolçusudu. Yalnız o, bizə problem yarada bilər. Lakin oyun ərzində onun qarşısını almağa çalışacağıq. İbrahimoviçə sürpriz hazırlayacam. Əminəm ki, onu təəccübləndirəcəyik".
Qeyd edək ki, İsveç – Rusiya oyunu oktyabrın 9-da keçiriləcək.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov