Dünya futbolu
Çex “Çelsi”dən ayrılacaq
Peter Çex "Çelsi"dəki vəziyyətindən naraha…
Peter Çex "Çelsi"dəki vəziyyətindən narahatdı. Futbolinfo.az xəbər verir ki, cari mövsüm Tibo Kurtuanın gəlişindən sonra ehtiyatda qalan qolkiper klubdan ayrıla bilər.
Çexiyalı qolkiper ehtiyatda qalmaqdan məmnun olmadığını deyib: "Çelsi"də hər kəs mənim bu durumdan məmnun olmadığımı çox gözəl bilir. Avropa çempionatında oynamaq istəyirəm. Bunun üçün isə "Çelsi"də matçlarda iştirak etməliyəm. Əgər bir dəyişiklik olmasa, başqa çıxış yolu tapacam".
Qeyd edək ki, Çex 2004-cü ildən “Çelsi”nin şərəfini qoruyur.