Dünya futbolu
Mendesdən Ronaldo etirafı
Kriştianu Ronaldonun meneceri Xorxe Mendes fubolçunun "Re…
Kriştianu Ronaldonun meneceri Xorxe Mendes fubolçunun "Real"ı tərk etməyəcəyini bildirib. Futbolinfo.az xəbər verir ki, o portuqal futbolçunun 40 yaşına kimi “kral klubu”nda oynaya biləcəyini deyib:
"Ronaldo Madriddə xoşbəxtdi. Onun başqa kluba transfer olunması ehtimalı azdı. O, "Real"da rekordlar qırıb və buna davam edəcək. Ronaldo heç vaxt Madrid klubundan ayrılmağı düşünməyib, düşünməyəcək də. Düzdü, Kriştianu altı il "Mançester Yunayted"də oynayıb. Ancaq azarkeşlər onun "Mançester Yunayted"də keçməsinin mümkünsüz olduğunu bilməlidirlər. O, “Real”da 40 yaşına kimi oynaya bilər. Çünki Kriştianu dünyanın ən yaxşı futbolçusudur. İddia edirəm ki, 500 il keçsə belə, dünyada Ronaldodan yaxşı futbolçu olmayacaq".