Dünya futbolu
"Qarabağ"lı oynadı, komandası qalib gəldi
"Qarabağ"ın futbolçusu Muarem Muaremin çıx?…
"Qarabağ"ın futbolçusu Muarem Muaremin çıxış etdiyi Makedoniya millisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, adı çəkilən komanda evdə Lüksemburqla yığması ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə oyuna daxil olan Muarem meydanda 60 dəqiqə mübarizə aparıb. Yarımmüdafiəçi Adis Yahoviçlə əvəzlənib.
Qeyd edək ki, C qrupunda yer alan Makedoniya 3 xalla 4-cü yerdə qərarlaşır.