Bizi izləyin

Müsahibə

Quliyev: "Del Pyeroya qarşı kobudluq etmişdim"

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası …

blank
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası AÇ-2016-nın seçmə mərhələsindəki ikinci oyununda İtaliyanın qonağı olacaq. Buna qədər İtaliya millisi ilə ölkəmizin yığması arasında keçirilən oyunlarda prineylilərin üstünlüyü açıq-aşkar hiss olunur. 2002-2003-cü illərdə də bu iki milli komanda AÇ-nin seçmə mərhələsinin oyunlarında üz-üzə gəlmişdi. Millimiz evdə 0:2, səfərdə isə 0:4 hesabı ilə məğlub olmuşdu. Həmin illərdə heyətdə yer almış futbolçulardan biri də Kamal Quliyev idi. Hazırda “Neftçala” komandasının baş məşqçisi olan Kamal bəy saytımıza müsahibə verib. O, müsahibəsində həm 2002-ci ildə Bakıda baş tutan oyun, həm də bu gün keçiriləcək qarşılaşma barəsində suallarımızı cavablandırıb:
 
– 2002-ci ildə İtaliya millisi Bakıda Azərbaycan yığmasının qapısına 2 cavabsız top vuraraq, ölkəmizdən qələbə ilə ayrılmışdı. Həmin oyunu necə xatırlayırsız?
– Bakıdakı oyunda həqiqətən də müstəqillikdən sonra stadion azarkeşlərlə bir o qədər dolmamışdı. Ev oyununda çox gözəl atmosfer var idi. Oyuna yaxşı başlamışdıq. Stadiona toplaşan azarkeşləri ruhlandırmaq üçün əlimizdən gələni etməyə çalışırdıq. Sadəcə, ağılsız bir səhvin ucbatından qurduğumuz oyun, həvəs, istək məğlub olduq. Emin Ağayev cinahda rəqib futbolçunun ayaqları arasından topu keçirmək istədi. Ancaq alınmadı. Həmin epizodun davamında rəqibin cinahdan etdiyi asma nəticəsində top Tərlan Əhmədova dəyərək qapıya daxil oldu. İkinci qolda isə Del Pyeroya qarşı kobudluq etdim. Cərimə zərbəsindən qol buraxdıq. Hesaba baxmayaraq, çalışırdıq ki, nə isə edək. Azarkeşlər də bizi dəstəkləyirdi. Amma bizim dövrümüzdə olan İtaliya yığması bu günkündən daha güclü idi. Real götürsək, rəqib hər bir tərəfdən bizdən üstündü. Buna görə bizə yuxarıdan aşağı baxa bilərlər. Biz də bundan istifadə etməliyik.
 
– 2002-2003-cü illərdə heyətdə çıxış edən futbolçuların əksəriyyəti indi məşqçi işləyir. Siz, Qurban Qurbanov, Tərlan Əhmədov və s. O vaxtkı heyətlə bu günki arasında nə fərq var?
– Böyük fərq var. İki-üç futbolçunu çıxmaq şərti ilə fərq böyükdü. Düzdü, indi də canla-başla oynayan futbolçularımız var. Amma hamısı belə deyil. Əvvəl mehribanlıq, böyük-kiçik var idi. Qabaq futbolçular bir-birinin sözünü eşidərdi, meydanda lider var idi. Əvvəl ağsaqqal var idi, hamı da ona qulaq asıb, dinləyirdi. İndiki heyətdə belə futbolçuların təəssüf ki, sayı azdı.
 
– Məhz bu günki oyunda liderliyi kim üzərinə götürə bilər? Nəzərə alaq ki, Rəşad Sadıqovun iştirakı hələ də sual altındadı…
– Bizdə lider kimi tanınan Rəşad Sadıqovdu. İstər öz klubunda, istərsə də milli komandada bunu sübut edib. Oynayarsa, Sadıqov bunu bacarır. Liderliyi öz üzərrinə götürməklə meydançada olan futbolçuları yerbəyer edə bilər.
 
– Bakıda İtaliya millisi ilə keçirilən oyundan sonra əksəriyyət Tərlan Əhmədovu avtoqol müəllifi kimi tanıdı. Həmin qarşılaşmadan sonra bu barədə Əhmədovla zarafatınız olurdu?
– Tərlan Əhmədov həqiqətən də onu bilərəkdən etmədi. Müdafiəçi topu çıxarmaq istəsə də, belə alındı. Bu bir neçə dəfə olduğu üçün biz bunu tez-tez deyib gülürdük. Belə şeylər olur.
 
– Nəzərə alaq ki, sizin heyət bu günkündən qat-qat güclü idi və səfərdə keçirlən oyunda 0:4 hesabı ilə məğlub olmuşdu, indiki heyətin daha böyük hesabla uduzmasını gözləmək olar?
– Bizim oynadığımız dövrdə İtaliya indikindən qat-qat güclü idi. Öz doğma azarkeşləri önündə tamam fərqli çıxış edirdilər. Futbol təsadüflərlə doludu. Ola bilməz ki, 90 dəqiqə ərzində biz qol epizodu yarada bilməyək. İtaliya futbolunun nəhənglərindən olan Andrea Pirlo da səhv etmirəmsə, bu qarşılaşmada iştirak edəcək. O, müsahibəsində bu oyunun onun üçün önəmli olduğunu bildirib. Yeganə şansımız odu ki, rəqib bizi dəyərləndirməsin.
 
– Heç-heçə bizim üçün sensasiya ola bilər?
– Ola bilər. Niyə də olmasın? Amma bu real görünmür. Bizim dövrdə də bizdən güclü olanlarla mübarizə aparırdıq. Əzmkarlığı yenə nümayiş etdirməliyik.
 
– Amma Bolqarıstan millisi qarşısında sərgilənən futbol əzmkarlığı vəd etmir…
– Əlbəttə. Həmin oyunla biz məğlub olarıq. Ondan qat-qat yüksək əzmkarlıq olmalıdı.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
I Liqa2024-05-17 17:32

“Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”

blank
Dünya futbolu2024-05-17 17:17

“Liverpul” kamerunlu futbolçu ilə yolları ayırır

blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Müsahibə2024-05-17 16:14

“Yaxşı təklifi niyə də qəbul etməyim?!”

blank
Digər idman növləri2024-05-17 15:59

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm