Dünya futbolu
“Qalatasaray”da Huntelar səsləri
"Qalatasaray" "Şalke"nin ulduz futbolçusu …
"Qalatasaray" "Şalke"nin ulduz futbolçusu Klas-Yan Hunteları transfer etməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı yazıb.
Klub prezidentliyinə namizəd Duyqun Yarsuvat prezident seçiləcəyi təqdirdə hollandiyalı forvardı "sarı-qırmızı"lara gətirəcəyi sözünü verib. Artıq Yarsuvatın göstərişi ilə futbolçu ilə danışıqlara başlanılıb.
Məlumatda bildirilir ki, Huntelar "Cim Bom"da oynayan həmyerlisi Uesli Sneyderdən "Qalatasaray"la bağlı məlumatlar alıb.
Almaniya klubu ilə müqaviləsini uzatmaq istəməyən 31 yaşındakı Huntelar da "Qalatasaray"a gəlməyə müsbət yanaşır.