Dünya futbolu
Del Boske: “Bu nəticəni gözləmirdim”
AÇ-2016-nın seçmə mərhələsində səfərdə Slovakiy…
AÇ-2016-nın seçmə mərhələsində səfərdə Slovakiyaya 2:1 hesabı ilə məğlub olan İspaniya millisinin baş məşqçisi Visente Del Boske oyun haqqında təəssüratlarını bölüşüb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəsis özü də bu nəticəni gözləmdiyini etiraf edib:
"Biz təsnifat mərhələsində ardıcıl 28 oyunda məğlub olmamışdıq. Komanda kifayət qədər səhvlərə yol verdi. Rəqib isə bütün gücünü ortaya qoydu. Onlar əks-hücumlarda oyun qururdular və İspaniyanın bir neçə qol vəziyyətində qapıçıları yaxşı seyvlər etdi. Qarşılaşmanın bərabərliklə bitəcəyini düşündüyümüz vaxt meydan sahibləri bizi 1 xaldan da məhrum etdi. Slovakiya mərkəzdə etibarlı oyun nümayiş etdirdi. Məğlubiyyəti heç kəs sevmir, amma futbolçuları buna görə qınamaq olmaz. Onlar sonadək mübarizə apardılar. Kasilyasın buraxdığı ilk qolu skamyadan yaxşı görə bilmədim. Deyəsən, top fırlandı və İkeri çaşdırdı. Diyeqo Kosta qol vura bilməsə də, həvəs və səy göstərir. Onun meydanda mübarizə aparması və oyuna bağlanması məni sevindirir".