Dünya futbolu
“Atletiko”nun sponsoru Türkiyə şirkəti olacaq
Bir çox nəhəng klublarla əməkdaşlıq edən "Turkish A…
Bir çox nəhəng klublarla əməkdaşlıq edən "Turkish Airlines" şirkəti daha bir komanda ilə çalışmağı planlaşdırır. Futbolinfo.az xəbər verir ki, söhbət son İspaniya çempionu "Atletiko"dan gedir. Klubun baş direktoru Migel Anhel Gil Marin yaxın vaxtlarda danışıqlar üçün Türkiyəyə yola düşəcək.
Aviaşirkət Madrid klubunun yeni stadionunun ad hüquqlarının əldə edilməsində maraqlıdı. Məlumatda bildirilir ki, danışıqlar müsbət başa çatmalıdı və yeni stadion məhz Türk Hava Yollarının adını daşıyacaq.
Xəbərdə həmçinin qeyd olunur ki, tərəflər arasındakı danışıqlarda "Atletiko"da oynayan türk futbolçu Arda Turanın da böyük rolu var.
"Atletiko"nun yeni stadionunun açılışı 2015-ci ilə planlaşdırılır.
Qeyd edək ki, "Turkish Airlines" “Barselona” və “Çelsi”nin daşıma sponsprudu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…