Dünya futbolu
“Alveşlə danışıqlar aparmırıq”
"Barselona"nın idman direktoru Andoni Subisarreta klubdakı…
"Barselona"nın idman direktoru Andoni Subisarreta klubdakı gələcəyi sual altında olan Daniel Alveş haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, o, braziliyalı müdafiəçi ilə müqavilə yeniləməklə bağlı danışıqlar aparmadıqlarını bildirib:
"Biz bu mənada hələ ki, danışıqlar aparmamışıq. Hər şey FİFA-nın gələn mövsümkü transfer qadağasıyla bağlı verəcəyi qərardan asılı olacaq".
Xatırladaq ki, braziliyalı futbolçu daha öncə katalon klubundan 2015-ci ilin yayında ayrılacağını və İngiltərədə oynamaq istədiyini açıqlamışdı.