Dünya futbolu
Platinidən Blatter haqda sərt açıqlama
UEFA prezidenti Mişel Platini FİFA prezidenti Yozef Blatterin vəzif…
UEFA prezidenti Mişel Platini FİFA prezidenti Yozef Blatterin vəzifədən getməsini istəyir. Futbolinfo.az xəbər verir ki, fransalı açıqlamasında həm də FİFA prezidenti olmaq istəmədiyini bildirib:
"Yozef Blatter 40 ildi ki, FİFA-da çalışır. Məncə, artıq təşkilatda dəyişiklik edilməlidi. Prezident isə istefaya göndərilməlidi. Hazırda FİFA prezidenti olmaq niyyətim yoxdu. Ancaq futbola daha yaxın olmaq istəyirəm. FİFA adətən dünya çempionatlarının təşkilatı məsələləri ilə məşğul olur. UEFA isə mənə hər gün futbol həyatını hiss etmək imkanı verir".
Qeyd edək ki, 1975-ci ildən FİFA-da çalışan Blatter 1998-ci ildən ali futbol qurumunda prezident vəzifəsini icra edir.