Premyer-liqa
"Xəzər Lənkran"da ebola təhlükəsi yoxdu
"Xəzər Lənkran"ın syerra-leoneli futbolçusu Alfre…
"Xəzər Lənkran"ın syerra-leoneli futbolçusu Alfred Sankonun Afrika Millətlər Kuboku çərçivəsindəki son Kamerun matçında oynamamasının səbəbi bəlli olub. Bu barədə futbolinfo.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
O, deyib ki, yarımmüdafiəçi zədəli olduğu üçün milli komandasına kömək edə bilməyib. Klub rəsmisi həmin oyun vaxtı Sankonun Azərbaycanda olduğunu və komanda həkimləri tərəfindən müalicə olunduğunu bildirib. Hazırda onun vəziyyəti yaxşıdı.
Cəbrayıloğludan həmin futbolçunun Azərbaycana qayıtdıqdan sonra Afrikada yayılan olan və ölüm təhlükəsi daşıyan "ebola" virusu ilə bağlı yoxlanılıb-yoxlanılmamasını da soruşduq. O da syerra-leoneli futbolçunun tibbi müayinədən keçdiyini və heç bir virus daşımadığını deyib: "Sanko millinin əvvəlki oyununda zədələnib, ölkyə qayıtmışdı. Qayıdarkən də o, klinikada müayinədən keçdi. Hər şey qaydasındadı".
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”