Müsahibə
"Dnepr"in futbolçusu: "Gelaşvili "Qarabağ" haqqında mənə dedi ki…"
Ukrayna "Dnepr"inin yarımmüdafiəçisi Caba Kank…
Ukrayna "Dnepr"inin yarımmüdafiəçisi Caba Kankava yerli sport-express.ua saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibənin bir hissəsi ilə tanış edir
– "Dnepr" üçün ağır dönəm başlayır. Komandanız 3 həftə ərzində 7 matç keçirəcək. Bu sizə fiziki, yoxsa psixoloji cəhətdən çətin olacaq?
– Əlbəttə ki, fiziki. Demək olar ki, hər 3 gündən bir oyuna çıxacağıq. Amma çalışacağıq ki, bu oyunların hamısında yaxşı nəticə qazanaq.
– Razılaşırsız ki, bu dönəm "Dnepr"in cari mövsümdəki gələcəyini həll edə bilər, özü də bütün turnirlərdə?
– Bəli, şübhəsiz. Qarşımızdakı rəqib ancaq "Çernomorets" deyil, həm də "Dinamo" və "Şaxtyor"du. Bunlar asan rəqib deyil. Ukrayna kubokunda da oyunlarımız var. Əlbəttə ki, "Qarabağ"la Avropa Liqasındakı 2 görüş çox vacibdi. Bu, çox önəmli dövrdü. Komanda yoldaşlarım da bunun fərqindədi və özlərini bu matça kökləyir.
– Bildiyimizə görə "Dnepr"in futbolçuları "Qarabağ"ı qrupun autsayderi hesab edir…
– Əlbəttə ki, bu, belə deyil. "Qarabağ" çox yaxşı komandadı. Bunu milidən komanda yoldaşım olan və ötən mövsümü "Qarabağ"da keçirmiş Gelaşvili də təsdiqləyir. O, həmin komanda haqqında mənə məlumat verib və deyib ki, bizim üçün çox çətin olacaq. "Qarabağ"da bir neçə braziliyalı legioner var və onlar hücumda çox yaxşı oynayırlar. Azarkeşləri də həmin komandanı yaxşı dəstəkləyir.
– "Dnepr"lə oyun Azərbaycanda da vacib hesab olunur. Sizə həmin ölkədən jurnalist də zəng etmişdi…
– Mənə heç kim zəng etməyib. İstəyirəm hamı bilsin ki, mən Azərbaycan saytına açıqlama verməmişəm. Mən o yazını böyük təəccüblə oxudum. Mən bilmirəm ki, bunu necə ediblər. Çox pis olub.