Bizi izləyin

Ölkə futbolu

Elxan Məmmədov Qurban Qurbanovun karyerası ilə oynayır

Berti Foqtsun istefası bir andaca gündəmi dəyişdi. İndi ham?…

blank
Berti Foqtsun istefası bir andaca gündəmi dəyişdi. İndi hamını milli komandanın taleyi düşündürür. Yeni baş məşqçi böyük ölçüdə həm də milli komandaya münasibətin güzgüsü, seçilən strategiyanın mahiyyəti olacaq.
 
Günün reallığı belədi ki, hələ Foqts burada olarkən də hamı futbolumuzdakı bəd streotipləri dağıdan, Azərbaycan futbolunun heç də rəzil gündə olmadığını isbatlamağı bacaran Qurban Qurbanovu xilaskar kimi görürdü. Elə bunun nəticəsiydi ki, alman məşqçi hər imkan düşəndə ən layiqli əvəzedicisini, potensial xələfini qaralamağa, onu gözdən salmağa çalışırdı. “Qarabağ”ın uğurlarını heyətdəki braziliyalıların adına çıxan Foqts hər dəfə Qurbanovun işini aşağılamağa çalışırdı.
 
Bütün qıcıq dolu açıqlamalara mərdanə, kişi kimi sakit reaksiya göstərən, Foqtsun qeybətinə əhəmiyyət verməyən Qurbanov izləmişik həmişə… Heç vaxt həmkarına eyni formada cavab verməyən Qurban bəy bununla həm də xarakter, peşəkarlıq göstərib. O, sadəcə, başını aşağı salaraq işini maksimum yüksək səviyyədə görüb ki, deyəsən, elə bu amil onun haqqının tapdalanmasına səbəb olacaq.
 
Bu gün ölkədə hamı milliyə yerli məşqçinin rəhbərlik etməsini istəyir. Bunu futbol mütəxəssisləri də, ölkəmizdəki əcnəbi futbol adamları da hər açıqlamasında dilə gətirir. Sıravi azarkeşlər isə artıq çoxdan bu addımın intizarındadı. Namizəd isə əvvəlki kimi çox deyil – hamı artıq milli üçün hazır olan Qurbanovun təyinatını gözləyir.
 
Amma, amma, amma…
 
…Amma bu ölkədə bir Elxan Məmmədov da var. Az qala südəmər yaşında AFFA-ya hansısa yollarla, kimlərinsə istəyi və təzyiqi ilə təyin olunmuş baş katib…
 
Nə yazıq ki, bu təyinatadək futbolun neçə nəfərlə oynandığını belə bilməyən bu adam indi Azərbaycan futbolunun, Azərbaycan millisinin başında dəlləklik edir; yığma komandanı piştaxtaya çevirib, özü isə ancaq qazanmaq həvəsindədi. Qazanmaq üçün hər şeyi gözə alıb, insanların qüruru, azarkeşlərin hissləriylə belə oynamağa hazırdı.
 
Milli komanda hamımız üçün qürur mənbəyidi, ortaq dəyərimizdi, ölkəmizin idman şərəfinin ən ülvi tərənnümçüsüdü, qələbəsi sevincimiz, məğlubiyyəti kədərimizdi. Məmmədov üçün isə milli ilə bağlı bütün başverənlər yeni qazanc layihəsinin təməlidi. Belə ki, yığma udursa, deməli, qazanc üçün böyük perspektivlər var: milli çempionatın təqviminə tüpürülərək keçirilən Almaniya toplanışları, səfərlər, mənasız yoxlama oyunları; yığma uduzursa, bundan kimlərisə “vurmaq” fürsəti kimi yararlanmaq, vəziyyətdən çıxmaq üçün tədbirlər görmək imkanı…
 
Həmin tədbirlər nədi bəs? Milli komanda uduzanda bəhanələr ortaya çıxır, güclənmək üçün milliləşmələr başlayır, Azərbaycana dəxli olmayan futbolçular heyətə götürülür, məşqçi seçimində də baş rolda Məmmədovdu – o, yalnız onun biznesinə xidmət edəcək adamları seçir.
 
Foqtsla müqavilənin Sürixdə pozulması sizə adı gəlməsin. Elxan bəy almanın onunla birlikdə etdiklərini açıb-tökəcəyindən qorxaraq bu məşqçinin ağzını bağlamaq, onun kompensasiya tələbini önləmək, gizli sirrləri sandıqda saxlamaq üçün anlaşmanı neytral bir yerdə xətm etdi. Haqqını ödədi, səssini kəsdi…
 
Bu gün Məmmədov Qurban Qurbanovun karyerası ilə oynayır. Hamının bir nömrəli namizəd saydığı adamı baş katib istəmir. Niyə? Çünki Qurbanov futbol adamıdı, baş katibin adamı deyil. O, futbolçu səviyyəsi yetərli olmayan farsı, ləzgini, PKK-ya dəstək verməkdən çəkinməyən kürdü gətirib “Sumqayıt”da oynadan Elxan bəyin istəyi ilə onları milliyə çağırmayacaq. Axı, millidə oynamaq bu futbolçuların qiymətinin qalxması, harasa satılanda baş katibin daha çox qazanması deməkdi. Qurban bəysə məhz bu xüsusiyyətlərinə görə 7 il postunda saxlanılan Foqtsdan fərqli biridi.
 
Elə bu səbəblərdən Elxan bəy “Qarabağ”ın gənc baş məşqçisinə şans vermək nədir, heç onun adını gündəmə belə gətirmək istəmir. Məmmədova yaxın mətbuat “imtina etdi” damğasıyla ictimaiyyəti çaşdırmaq istədi, amma Qurbanov çıxıb kişi kimi aşıq danışdı. O, heç bir təklif almadığını, millidə işləməyin şərəf olacağını dedi.
 
Məmmədov millini müvəqqəti olaraq Mahmud Qurbanova tapşırıb əcnəbi axtarır. Hətta AFFA-nın yeni loqosunu belə atasına çəkdirib qonorarın ailə büdcəsinə getməsini təmin edən baş katib ictimaiyyətin fikrinə görə qazancdan imtina etməz. Qurban Qurbanov milliyə layiqli namizəd ola bilər, amma Məmmədovun biznesi üçün yararlı şəxs deyil. Ona görə də Foqtsun yerinə elə Foqts kimisi gələcək. Elxan Məmmədovun isə bazarını bağlayan tapılmasa, hələ milli qürurumuzun ayaq altına atılmasını çox görəcəyik.
 
CAVAD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
I Liqa2024-05-17 17:32

“Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”

blank
Dünya futbolu2024-05-17 17:17

“Liverpul” kamerunlu futbolçu ilə yolları ayırır

blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Müsahibə2024-05-17 16:14

“Yaxşı təklifi niyə də qəbul etməyim?!”

blank
Digər idman növləri2024-05-17 15:59

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

blank
Dünya futbolu2024-05-17 15:47

Van Persi baş məşqçiliyə başladı

blank
Ölkə futbolu2024-05-17 15:40

AFFA prezidenti bir sıra görüşlər keçirib

blank
I Liqa2024-05-17 15:30

I Liqada mükafatlandırma mərasimi keçiriləcək

blank
Dünya futbolu2024-05-17 15:22

Fatih Terim istefa verdi

blank
Digər idman növləri2024-05-17 15:15

“Heydər Əliyev kuboku-2024”: 7 boksçumuz finalda

blank
Dünya futbolu2024-05-17 15:00

Premyer Liqanın ən məyusedici transferləri: Tonali birinci sırada

blank
I Liqa2024-05-17 14:44

I Liqa: Son turun oyun cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-17 14:30

“Basketbolçularımızın oyuna yanaşmasını bəyənmədim”

blank
Ölkə futbolu2024-05-17 14:14

Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək – VİDEO

blank
I Liqa2024-05-17 14:00

“Şamaxı” “Qaradağ Lökbatan”ın stadionuna dəymiş zərəri qarşılayacaq

blank
Digər idman növləri2024-05-17 13:46

Almaniya millisinin baş məşqçisi Olimpiadadan sonra postunu tərk edəcək

blank
Ölkə futbolu2024-05-17 13:38

“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”

blank
Premyer-liqa2024-05-17 13:25

“Sabah” – “Sumqayıt” matçının təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-05-17 13:12

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

blank
Digər idman növləri2024-05-17 13:04

Azərbaycan milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-17 12:49

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

blank
Dünya futbolu2024-05-17 12:35

Bolonyada çempionluq paradı olacaq

blank
Digər idman növləri2024-05-17 12:21

Ardıcıl iki “Masters”də finalçılar eyni oldu

blank
Milli komanda2024-05-17 12:04

Azərbaycan millisinin səbəti müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm