Milli komanda
Xorvatiya millisindən ayrılan futbolçu: "Peşman deyiləm"
Braziliyada keçirilən dünya çempionatı zamanı Xo…
Braziliyada keçirilən dünya çempionatı zamanı Xorvatiya millisindəki karyerasını başa vuran qapıçı Stip Pletikosa həmin qərarı ilə bağlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan 35 yaşlı qolkiper bu qərarına görə peşman olmadığını deyib:
"Bu qərarıma görə peşman deyiləm. Məni heç kim məcbur etmədi, özüm qərar verdim. Hətta dünya çempionatından öncə bu qərarı vermişdim. Artıq ailəmə vaxt ayırmalıyam. Ümid edirəm ki, bundan sonra hər şey yaxşı olar".
O, Xorvatiya millisinin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki 6:0 hesablı Azərbaycan qalibiyyətindən də söhbət açıb: "Bəli, bu matçda qalib gəldik, amma qarşıda daha güclü rəqib var. Hesab edirəm ki, yığma İtaliya matçına Azərbaycan və Bolqarıstan görüşlərindən daha çox diqqət ayırmalıdı".
Qeyd edək ki, hazırda Rusiyanın "Rostov" klubunda çıxış edən Pletikosa 1999-2014-cü illər ərzində Xorvatiya millisinin formasını geyib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı