Dünya futbolu
Ançelotti: “Bunu eşitmək üçün oyundan öncə meydana çıxacam”
Çempionlar Liqasında sabah "Liverpul"la qarşılaşa…
Çempionlar Liqasında sabah "Liverpul"la qarşılaşacaq "Real"ın baş məşqçisi Karlo Ançelotti rəqib haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis, 2005-ci ildə “Milan”ı çalışdırarkən, “Liverpul”la oynadıqları finalı yada salıb:
"Liverpul"u 1984-cü ildən- "Roma"nın heyətində oynayarkən onlara qarşı Çempionlar Kubokunun finalında penaltilərdə uduzduğumuz gündən bəri izləyirəm. Bu klub insanı həmişə heyrətləndirir. "You’ll never walk alone" mahnısı inanılmazdı. Heç kim "Liverpul"un fanatları kimi himn oxumur. Sabah bunu eşitmək üçün oyundan öncə meydana çıxacağam. Bu, unikal hadisədi. 2005-ci il Çempionlar Liqasının finalı? Yadımdadı, fasiləyə 3:0 hesabıyla üstün yollanmışdıq, ancaq 45 minə yaxın "Liverpul" azarkeşi birinci hissənin son 10 dəqiqəsində "You’ll never walk alone" oxumuşdu. Bir italyan olaraq bu, mənim üçün şok idi. Bunu həmişə xatırlayacağam. Himnin "Liverpul"un geri dönüşündə həlledici rol oynadığını düşünmürəm, amma yenə də onlara az da olsa kömək elədi. İstanbul finalına dözə bildim, iki il sonra isə biz qisasımızı aldıq. 2005-ci ildə yaşananlardan sonra udacağımıza şübhə etmirdim. Bu, taleyin müqəddəratı idi".
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib