Ölkə futbolu
"İnter"ə holland gəlir
Xəbər verdiyimiz kimi, Bakı "İnter"inin rəhbərliyində…
Xəbər verdiyimiz kimi, Bakı "İnter"inin rəhbərliyində bir sıra islahatlar aparılıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik klubunun meneceri Fərəc Əliyev, menecer köməkçisi Sərxan Həsənov və direktoru Natiq Məmmədovla bundan sonra çalışmayacağını rəsmən bildirib.
Artıq noyabr ayında komandadan gedənləri əvəz edəcəklərin kimliyi də bəlli olacaq. Əldə etdiyimiz məlumata görə "İnter"in yeni drektoru holland olacaq. Həmin şəxsin adını dəqiqləşdirə bilməsək də, məlumdu ki, klubda bir sıra şəxslər ona tabe olacaq. Holland bir növ vitse-prezident kimi fəaliyyət göstərəcək.