Ölkə futbolu
"Qarabağ" bu gün gedir
"Qarabağ" Ukraynaya yollanır. Futbolinfo.az xəbər verir …
"Qarabağ" Ukraynaya yollanır. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Dnepr"in qonağı olacaq komandamız Bakıda sonuncu hazırlığa çıxıb.
Komanda bu gün Bakı – Kiyev reysiylə hərəkət edəcək. Komandamızın uçuşu təxminən 4 saatı əhatə edəcək. "Qarabağ" səfərə tam heyətlə yollanır. Sadəcə, zədəli Çumbunyo Bakıda müalicəsini davam etdirəcək.
Bu gün eyni zamanda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunun keçiriləcəyi Olimpiya stadionun mətbuat zalında media nümayəndələrinin suallarını cavablayacaq. Mətbuat konfransı yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 20:45) başlayacaq.
Qeyd edək ki, "Dnepr" – "Qarabağ" oyunu 23-ündən 24-nə keçən gecə, saat 00:05-də start götürəcək.