Premyer-liqa
Yeni mövsümdə ilk
2014/15 mövsümündə ilk het-trik qeydə alınıb. Futbo…
2014/15 mövsümündə ilk het-trik qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, “Araz Naxçıvan”la qarşılaşmada “Simurq”un 3 qoluna imza atan Rəşad Eyyubov cari çempionatda het-trik müəllifi olan ilk futbolçu kimi tarixə düşüb.
İkinci hissədə vurduğu 3 qolla 22 yaşlı futbolçu toplarının sayını mövsümdə 6-ya, ümumilikdə 11-ə çatdırıb.
Rəşad “Simurq”un heyətində Premyer Liqada het-trikə imza atan 2-ci futbolçu olub. Ona qədər Vladimir Mazyar bunu bacarmışdı. Klub tarixinin ən məhsuldar oyunçusu 2006/07 mövsümündə “Simurq”un ilk het-trikini gerçəkləşdirmişdi. Ukraynalı legioner 2007-ci il mayın 12-də “Qarabağ”la ev oyununda 3:0 hesablı qələbəyə 3 topla töhfə vermişdi.
“Simurq”un çempionatdakı 2-ci het-triki 7 il 5 aydan sonra qeydə alındı. (PFL)