Dünya futbolu
“Yuve”nin üzvü “Arsenal”ın radarında
"Yuventus"un sağ cinah müdafiəçisi Ştefan Lix…
"Yuventus"un sağ cinah müdafiəçisi Ştefan Lixştayner "Arsenal"ın maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, "topçular" İsveçrə millisinin üzvünü qış "transfer pəncərəsi"ndə heyətlərinə qatmaq istəyir.
"Qoca Sinyora"nın Lixştayneri satmaq ehtimalı var. Buna səbəb "Yuve"nin "Udineze"nin müdafiəçisi Silvan Vidmerə elçi düşməsidi.
Xatırladaq ki, Lixştayner "Arsenal"a transfer olunacağı təqdirdə, Çempionlar Liqasında London klubuna kömək edə bilməyəcək.