Premyer-liqa
Qurbanov “Qarabağ”a istirahət vermədi
Topaz Premyer Liqasının 9-cu turunda “Xəzər Lənkəran&rdquo…
Topaz Premyer Liqasının 9-cu turunda “Xəzər Lənkəran”ı 3:2 hesabı ilə məğlub edən “Qarabağ” növbəti oyunda “İnter”lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra futbolçularına istirahət verməyib.
Belə ki, “atlılar” bu gündən etibarən “bankirlər”lə oyunun hazırlıqlarına başlayıblar. Elitanın lideri hazırda klubun Suraxanıdakı bazasında yerləşən mini meydanda məşq edir.
Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı oktyabrın 29-da “İnter Arena”da baş tutacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı