Dünya futbolu
İspaniya millisindən Joze Mourinyoya cavab
"Çelsi"nin baş məşqçisi Joze Mourinyonun Di…
"Çelsi"nin baş məşqçisi Joze Mourinyonun Dieqo Kostanın İspaniya millisinin düşərgəsində zədələndiyi barədəki iddialarına yığmanın həkimi Xuan Xose Qarsiya Kotadan cavab gəlib. Futbolinfo.az xəbər verir ki, o, forvardın milllidə zədələnmə iddiasını təkzib edib:
"Kosta baldırındakı zədəsilə bağlı heç bir şey deməmişdi. Çox böyük ehtimalla zədəli olmasına baxmayaraq, "Çelsi" ilə də meydana çıxıb. Ancaq yığma komandada bu problemi haqda heç vaxt danışmayıb. O da bütün futbolçular kimi yoxlamalardan keçib. Mən onun zədə probleminin olduğunu deməmişəm. Bu, zorla edilən bir şeydi. Məşqlərdə tez-tez rast gəlinən haldı".
Xatırladaq ki, Kosta İspaniya yığmasının Slovakiya və Lüksemburqla oynadığı matçlardan sonra baldırındakı zədəsi və mədəsindəki problemlər səbəbindən yaşıl meydanlardan uzaq qalmışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…