Milli komanda
AFFA Robert Prosineçki ilə görüşü təsdiqlədi
AFFA rəsmi saytı vasitəsilə yığmamızın yeni baş məşqç…
AFFA rəsmi saytı vasitəsilə yığmamızın yeni baş məşqçisinin kim olacağı barədə xəbərlərlə bağlı bəyanat yayıb. Futbolinfo.az sizi həmin bəyanatla tanış edir:
"Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və AÇ-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç oyununa millimiz Qurbanovun rəhbərliyi altında çıxacaq. Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir.
AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidi və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır".
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…