Bizi izləyin

Premyer-liqa

“Neftçi” çempionluq yarışına ağ-yaşıl formada qayıdır

“Neftçi” çempionluq yarışına qayıdır. ?…

blank
“Neftçi” çempionluq yarışına qayıdır. Əslində, heç kənarda da qalmamışdı. Amma Böyükağa Hacıyevin istefası bir qədər də ləngisəydi, bakılıların toparlanması çətin olacaqdı.
 
Arif Əsədov baş məşqçi postuna dönəndən bəri müsbət yöndə xeyli dəyişiklik edib. Öncə müdafiədəki oyunu qaydaya salan mütəxəssis artıq digər çatışmazlıqları da aradan qaldırır. Hakim səhvinin də rol oynadığı “Qarabağ”la matçı nəzərə almasaq, bakılılar matçları istədiyi kimi keçirir, rəqibə öz futbolunu diqtə edir. Ağdamlılarla oyunda buraxılan 3 qol bəhs etdiyimiz səhvdən sonra nəticəni dəyişmək üçün edilən riskin nəticəsi idi. Qalan matçlarda cəmi bir top buraxan “Neftçi” müdafiədə inamlı oynayıb arzuladığı nəticəyə çatır.
 
Hazırkı heyəti Əsədovun yığmadığını nəzərə alsaq, qış fasiləsindən sonra Arif bəyin daha fərqli “Neftçi”ni göstərəcəyini demək olar. İndinin özündə də Hacıyevin vaxtındakıyla müqayisədə daha dinamik, daha diri kollektiv görürük. Julius Vobay yenidən “dirilib” meydanda müxtəlif vəzifələrin icraçısına çevrilibsə, Flavinyo da ötən günlərini xatırladır. Bakılılar yenidən topa daha çox hakim olub davamlı hücum edən komandaya çevrilir, müdafiədən hücuma çıxışlar daha cəld yerinə yetirilir.
 
Təbii ki, “Neftçi” hələlik “Qarabağ” deyil. Ağdamlıların bu gün oturuşmuş komanda oyunu, bir-birini əla əvəzləyən iki heyəti var. Əla təşkilatlanmağı da nəzərə alsaq, “Qarabağ” çempionluğun əsas favoritidi. Bunu heç də “Araz Naxçıvan” üzərindəki qələbəyə görə qeyd etmirəm. Sonuncular faktiki ölkənin ən zəif komandasıdı. Mövsümə hazırlıq dövrünü boşa verən, heç kimə lazım olmayan futbolçuların ümidinə qalan, indisə güclənməyi bəzi oyunçuları qovmaqda görən naxçıvanlıları divizion komandaları da rahatca yenər. Sadəcə, “Qarabağ”ın oyunlara köklənməsi göstərir ki, rəqiblərə fərq qoymurlar və nəfəslərini kürəklərində hiss etdikləri “Neftçi”nin nəticələrinə fikir vermədən öz oyunlarını oynayırlar, xal ehtiyatını maksimum artırmağa çalışırlar.
 
Son turda həm “Neftçi”, həm də “Qarabağ” 4 cavabsız qola sevindi. Ancaq AZAL da elə naxçıvanlılarln günündədi, bir qrup lazımsız əcnəbinin ümidinə qalıblar. Ona görə də bu qələbələr güc nümayişi baxımından ölçü kimi götürülməməlidi. Hələ qarşıda daha çətin oyunlar, şəxsi görüşlər var.
Qarşıda 25 tur qalmasına rəğmən, indidən əsas mübarizənin “Qarabağ”la “Neftçi” arasında gedəcəyini yazmaqdan çəkinmirəm. Bu komandaları izləyicilərindən böyük xal fərqi ayırmır. Amma ehtiyatda 1 oyunu da olan cütlükdən ağdamlıların 3 xalı məşqçı səhlənkarlığı səbəbindən limiti pozaraq Sumqayıtda, bakılıların debütanta siftə hədiyyəsi kimi Naxçıvanda havaya sovurduğunu unutmayaq.
 
“İnter” hər nə qədər təhlükəli rəqib olsa da, bir o qədər ayağı sürüşkəndi. “Bankirlər” artıq 4 turdu qol vurmur. Bu 0:0-ların bəzilərini onlar üçün qazanc kimi qəbul etmək olarsa, dünən “Sumqayıt”la oyunda itirilən xallar Kaxaber Sxadadzeni çox yandıracaq. Gürcünün yetirmələrinin, demək olar, qol vəziyyəti yaratmadan heç-heçə etməsi bu komandanın da yetərincə problemi olmasının göstəricisidi. “İnter” oynamaqdan daha çox oynatmamağı bacaran komandadı.
 
Hə, bir də “Xəzər Lənkəran” var. Yunis Hüseynovun cənub klubuna idman direktoru təyin olunmasından sonra əcəl kəndirini boğazında hiss edən Oğuz Çətin komandanı toparlaya bildi. O, istefa təhlükəsindən ən azı bir müddətlik qurtulub. Son turdakı qələbədən sonra XL turnir vəziyyətini də sahmana saldı. Ancaq bu mənzərə aldadıcıdı. Çox güclü yerli oyunçu ehtiyatına baxmayaraq, cənubluları çempionluğa real namizəd saymaq olmur. Dorinel Muntyanunun ortababa çevirdiyi “Qəbələ” kimi lənkəranlılar da əsas rəqibləri ilə oyunlarda çarəsiz görünür.
 
Sadaladığımız məqamlar da göstərir ki, “Qarabağ”la rəqabət üçün az-çox yarararlı komanda “Neftçi”di. Nikolas Kanalesin “ayağının açılması” da Arif Əsədovu sevindirməlidi. Ancaq bakılılar həm də daxili gərginlikdən yaxa qurtarmalıdı. Kənar qüvvələrin “Neftçi”də hakimiyyəti ələ almaq cəhdindən, vitse-prezident postuna Elnur Məmmədovun təyin olunmasından sonra klub rəhbəri Sadıq Sadıqovu komandanın oyunlarında görmürük. Dünən də o, deyəsən (hər halda biz onu VİP-lojada görmədik, səhv etməyimiz mümkündü – red.), AZAL-la görüşdə yox idi və əzəli rəqib olan “Xəzər Lənkəran”ın ağ-yaşıl formasnda meydana çıxan komandasını yalqız buraxmışdı. “Bakcell Arena”nın saralmış hissələrini gizlətmək üçün qazonun rənglənməsini yağış ifşa etdi və hər dəfə yerə yıxılan ağ formalı “Neftçi” futbolçularının geyimində yaşıl çalarlar çoxaldı.
 
Maraqlı təsadüf kimi, həm də zarafat xatirinə qeyd etdiyim bu məqama çox diqqət etməyin. Əsas odur ki, “Neftçi” bu günlər həqiqətən yaxşı oynayır. Davamının gəlməsi isə həm də rəhbərlikdən asılıdı. Yoxsa avrokuboklarda bakılıların yalqız qoyduğu “Qarabağ” Premyer Liqada da ciddi rəqibsiz qalacaq.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm