Layihə
Yığmamızdan 7 cavabsız qol
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının B…
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, yığmamız toplanış çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Futbolçularımızın rəqibi Macarıstanın gənclərdən ibarət yığması olub. Qarşılaşma 7:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Asif Zeynalovun het-trik etdiyi oyunda hərəyə bir dəfə isə Sabir Allahquliyev, Comərd Baxşəliyev, Orxan Məmmədov və Elvin Quliyev fərqlənib.
(AFFA)