Bizi izləyin

Premyer-liqa

Müslümov: “Özümüzə inanırıq”

Topaz Premyer Liqasının 12-ci turundakı “Neftçi”…

blank
Topaz Premyer Liqasının 12-ci turundakı “Neftçi” matçında “Simurq”un əsas komandasında debüt edən Kənan Müslümov fikirlərini klub saytına açıqlayıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
    
– Kənan, bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunan futbolçular biri də sən oldun və təlim-məşq toplanışlarında iştirak etdin. İlk öncə bu barədə fikirlərini bilmək istərdik.
– Mənim üçün böyük bir şərəfdi ki, doğma şəhərimin, Zaqatalanın klubunda forma geyinirəm. Bu ayrıca bir qürurdu. Başda prezident, klub rəhbərliyi və məşqçilərim olmaqla hər kəsə təşəkkür edirəm. İnandılar və bu şansı verdilər.
 
– 11 turdan sonra Premyer Liqada debüt etdin. Oyundan öncə meydana çıxacağına inanırdınmı?
– Hər dəfə ümidlə məşqçinin verəcəyi şansı gözləyirdim. Bu qarşılaşmada isə heç ağlımdan keçmirdi. Çünki oyunun gedişinə baxdıqda, bunun çətin olacağını düşünürdüm. Ancaq çox sağ olsun məşqçilər. İnandılar və özümü göstərmək üçün şans verdilər. Mənsə əlimdən gələni etməyə və komandama kömək etməyə çalışdım.
 
– Məşqçilər oyuna daxil olmaq üçün hazırlaşmağı tapşıranda hansı hisslər keçirtdin?
– İlk öncə onu qeyd edim ki, mənim üçün ən çox sevindirici amil Premyer Liqada ilk oynuma Zaqatalada, azarkeşlərimiz önündə meydana çıxmağım oldu. Məşqçilər çağıranda çox həyəcanlandım. Lakin meydana daxil olan vaxt bütün hisslər yox oldu. Ancaq oyun haqqında fikirləşdim. Çünki bu görüşdə qalibiyyətin vacibliyini hər kəs kimi, mən də bilirdim.
 
– Premyer Liqa fərqini hiss edə bildinmi?
– Əlbəttə, sürət, oyunçuların təcrübəsi baxımından hər şey çox fərqli idi. Bunu hiss etməmək qeyri-mümkündü.
 
– Səncə, bunun davamlı olması üçün səndə hansı cəhətlər çatmır?  
– Davamlı olmasını çox istəyirəm. Oynamaq üçün hər şey məşqlərdən başlayır. Bunun üçündə hazırlıqlarda tam gücümlə çalışıram. İnanıram ki, məşqçinin tapşırıqlarını daha yaxşı şəkildə yerinə yetirib, mənə daha çox şans verməsi üçün inamını artıracam. İlk oyunda ən çox hiss olunan cəhətim təbii ki, təcrübəsizliyim idi.  
 
– Oyundan sonra baş məşqçilə söhbətin oldumu?
– Paltardəyişmə otağında hamı kimi, məni də təbrik etdi. Ancaq oyunumla bağlı hələ fikirlərini bildirməyib.
 
– Yaxınlarının, azarkeşlərimizin ilk oyununla bağlı fikirləri nə oldu?
– Azarkeşlərimizə çox sağ ol demək istəyirəm. Meydana daxil olan zaman onların dəstəyini görəndə özümə inamım daha da artdı. Yaxınlarım buna görə çox sevindilər, təbrik etdilər, davamlı olmasını arzuladılar. Xüsusən əvəzedici heyətimizin məşqçilərini qeyd edərdim. Bu onların zəhmətinin bəhrəsi idi.
 
– Bir gün sonra bizi daha bir iddialı rəqiblə görüş gözləyir. Bu oyun haqqında nə düşünürsən?
– “Neftçi” ilə çətin oyundan sonra bizi daha bir ağır oyun gözləyir. Artıq biz qalibiyyəti unudub, bu qarşılaşma haqqında fikirləşirik. Özümüzə inanırıq. Allahın köməyilə Qəbələ səfərindəndə üç xalla qayıdarıq.
 
– Səncə, qış fasiləsinə qədər komandamız qarşısına qoyduğu məqsədə çatmaq üçün turnir cədvəlində özünü toparlaya biləcəkmi?
– Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədi. Oyunlara lazımı səviyyədə hazırlaşırıq. Qarşıdakı matçlarda ötən oyunlarda itirdiyimiz xalları qaytarmaq üçün əlimizdən gələni edəcəyik.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
I Liqa2024-05-17 17:32

“Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”

blank
Dünya futbolu2024-05-17 17:17

“Liverpul” kamerunlu futbolçu ilə yolları ayırır

blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Müsahibə2024-05-17 16:14

“Yaxşı təklifi niyə də qəbul etməyim?!”

blank
Digər idman növləri2024-05-17 15:59

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

blank
Dünya futbolu2024-05-17 15:47

Van Persi baş məşqçiliyə başladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm