Milli komanda
Bosniyalıların AFFA ilə rəqabətdə pulu çatmadı
Azərbaycan millisinin baş məşqçi postuna keçməyə h…
Azərbaycan millisinin baş məşqçi postuna keçməyə hazırlaşan və hazırda Bakıda olan Robert Prosineçkinin məvacibi də müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis AFFA ilə razılığa gəlib, yığmamızda çalışmağa razı olarsa, illik 1.5 milyon dollar qazanacaq.
Xorvatiyalı çalışdırıcı ilə dekabr ayında müqavilə bağlanılacağı gözlənilir.
Qeyd edək ki, Bosniya və Hersoqovina Futbol Federasiyası Vahid Lalilodziçin göndərilməsindən sonra yığmanın baş məşqçi postu üçün Prosineçkiyə təklif göndərsə də, bundan imtina etməli olub. Çünki bosniyalıların 45 yaşlı çalışdırıcıya 1.5 milyon dollar verməyə gücü catmayıb.