Premyer-liqa
Yubiley matçı üçün arzuolunmaz "hədiyyə"
Xəbər verdiyimiz kimi, dünən Topaz Premyer Liqasının 13-c&uu…
Xəbər verdiyimiz kimi, dünən Topaz Premyer Liqasının 13-cü turunda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçı “ağ yaşılla”ın legioneri Sadio Tounkara üçün yaddaqalan olub. Futbolinfo.az xəbər verir ki, lənkəranlıların malili yarımmüdafiəçisi komandasının heyətində 100-cü rəsmi oyununa çıxıb.
Amma buyubiley matçı Tounkara üçün heç də yaxşı nəticələnməyib. Belə ki, 22 yaşlı futbolçu 45-ci dəqiqədə rəqibinə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə cəzalandırılıb.
Qeyd edək ki, Tounkara bundan əvvəl “Xəzər Lənkəran” forması ilə 2 il ərzində cəmi 99 rəsmi oyuna çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…