Ölkə kuboku
Prandelli də getdi
Türkiyənin "Qalatasaray" klubu baş məşqçi &C…
Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Çezare Prandelli ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, ardıcıl uğursuzluqlardan sonra rəhbərlik bu qərara gəlib.
Türkiyə mətbuatının yazdığına görə, rəsmi açıqlama axşam saatlarında veriləcək. Belə ki, dünən Belçikada "Anderlext"ə 2:0 hesabıyla məğlub olduqdan sonra avrokuboklara vida edən klubun rəhbərliyi təcili iclas keçirərək, bu qərara gəliblər. Boş qalan posta isə kimin gələcəyi bir neçə gün içində bilinəcək.
Qeyd edək ki, italiyalı mütaxəssis cari mövsümün əvvəlində həmyerlisi Roberto Mançinin istefasından sonra bu posta təyin olunmuşdu.