Ölkə futbolu
"Qarabağ" xal ehtiyatımızı yaxşılaşdırmaqda davam edir
Dünən Avropa Liqasının 5-ci turu çərçivəsində…
Dünən Avropa Liqasının 5-ci turu çərçivəsində səfərdə "Sent-Etyen"lə bərabərə qalan "Qarabağ" UEFA-nın reytinq cədvəlində olan mövqeyimizi daha da möhkəmləndirib. Futbolinfo.az xəbər verir ki, 54 ölkə arasında 29-cu olan Azərbaycan xal ehtiyatını 12.250 çatdırıb və 30-cu sırada olan Slovakiyadan daha da aralanıb.
Hazırda mərkəzi avropalıların hesabında 12.250 xala sahibdirlər. 28-ci mövqedə qərarlaşan isə əmsalı 13.365-ə bərabərdi. Ağdamlılar son nəticələrdən sonra klub reytinqindəki xalların hesabını 10.450-yə qaldırmağa nail olublar və hazırda siyahıda 157-ci yerdə qərar tutublar.
Siyahıda ilk 3 yerə isə müvafiq olaraq İspaniyanın "Real", "Barselona" və Almaniyanın "Bavariya" klubu sahib çıxıb.
Xatırladaq ki, klublarımızın bu il topladığı 3.375 xal rekord sayılır.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı