Dünya futbolu
"Qarabağ"ın rəqibi Kolarovla güclənir
"İnter"ə qayıtdıqdan sonra qış transfer d&…
"İnter"ə qayıtdıqdan sonra qış transfer dönəminə ciddi hazırlıq görən Roberto Mançininin yeni hədəfi məlum olub. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis "Mançester Siti"də birlikdə çalışdığı Aleksandr Kolarovu yenidən sərəncamında görmək istəyir.
Yerli mətbuatın yazdığına görə, Serbiya millisinin üzvü məşqçinin transfer siyahısında ən üst pillədə yer alıb. Hətta Mançininin 29 yaşlı müdafiəçi ilə bağlı "İnter"in sahibi Tohirə müraciət də edib. Serbiyalı müdafiəçi üçün göndəriləcək təklifin detalları hələlik açıqlanmayıb. Ona İngiltərə təmsilçisində olduğu kimi yüksək məvacib verilməsi gözlənilmir.
Qeyd edək ki, Milan klububu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridi. Həmin komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb. Növbəti qarşılaşma isə dekabrın 11-də Bakıda keçiriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq