Dünya futbolu
Klopp: "Gedib "Bavariya"nı dəstəkləsinlər"
Almaniya Bundesliqasında çətin günlər keçirən &…
Almaniya Bundesliqasında çətin günlər keçirən "Borussiya” (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp komandanın azarkeşlərinə qarşı tənqidi fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, Almaniya Bundesliqasında uğursuz çıxışa baxmayaraq, istefa verməyəcəyini bildirib:
"Ancaq uğurlar istəyənlər üçün bir variant var. Gedib "Bavariya"nı dəstəkləsinlər. "Borussiya"nın fitə basılmasını anlayıram. Amma bunu edən komandaya xeyir verdiyini düşünməsin. Tənqid kömək etməyəcək. Mən istefa verməyəcəm. Ya hər şey edirəm, ya da heç nə. Mübarizə aparmağı sevirəm. 2012-ci ilə nisbətən, ustalığımı daha da artırmışam. Hələ ki turnir cədvəlində bu, hiss olunmur".
Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2008-ci ildən “Borussiya”da baş məşqçi işləyir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO